İsti hava ilə bağlı yolda qalan sərnişinlərə su paylanılıb

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 04 Iyul 2018, 13:45

Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib. Bu barədə İnterAz-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Agentlik bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir.