“SABAHın məzunu” mərasimi keçirilib

  • 0
    paylaşım
  • 18

Bakı, Orxan Kərimov, İnteraz, 05 Iyul 2018, 16:42

İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media kapitanları, təhsil ekspertləri və tələbələr iştirak edib. Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində “Mən SABAHam” adlı sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciəti Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev oxuyub. Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.