Yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb

  • 0
    paylaşım
  • 35

Bakı, Orxan Kərimov, İnteraz, 22 Iyul 2018, 10:30

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. 7A və 7B xətləri üzrə sərnişindaşıma BakuBus MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.