Sərnişin və yükdaşıma sahəsində problemlər müzakirə olunub

  • 0
    paylaşım
  • 25

Bakı, Orxan Kərimov, İnteraz, 25 Iyul 2018, 14:30

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəzarəti Xidməti və DİN Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Bakıda sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, sərnişin və yükdaşıma sahəsində olan problemlərin həlli üçün bir neçə dövlət qurumunun əməkdaşlığı vacibdir. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd layihəyə dəstək verən qurumların rəhbər şəxsləri ilə mövcud problemləri müzakirə etməkdir.