Fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

  • 0
    paylaşım
  • 31

Bakı, Orxan Kərimov, İnteraz, 26 Iyul 2018, 09:36

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşib. Müsabiqəyə ümumilikdə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçün isə 3 və 6 həvəsləndirici mükafat üçün qaliblərin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Qaliblərə müvafiq olaraq 1000 manat (1 yer), 800 manat (2 yer) 600 manat (3 yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim edilib.