Kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb

  • 0
    paylaşım
  • 10

Bakı, Orxan Kərimov, İnteraz, 08 Sentyabr 2018, 10:02

Bakıda keçirilən MDB ölkələri üçün ilk kibertəhlükəsizlik üzrə regional təlimlər çərçivəsində iki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri yoxlanılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Avropa və Asiya daxil olmaqla 14 ölkənin 75-dən artıq mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıblar. Ümumilikdə 14 komanda formalaşdırılıb. Komandalar 6 müxtəlif ssenari üzrə verilən tapşırıqları yerinə yetiriblər.