Modul dərsliklərin təqdimat mərasimi keçirilib

  • 0
    paylaşım
  • 12

Bakı, Orxan Kərimov, İnteraz, 11 Sentyabr 2018, 14:57

“Meyvə ustası” və “Tərəvəz ustası” ixtisasları üzrə hazırlanmış 7 modul dərsliyin təqdimatı mərasimi keçirilib. Modul dərsliklər "BP" şirkətinin və tərəfdaşlarının maliyyə dəstəyi ilə “British Council” tərəfindən icra olunan “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində hazırlanıb. Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts, “BP” şirkətinin regional prezidenti Qeri Cons, “British Council”un Azərbaycan üzrə direktoru Summer Xia, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və layihənin nümayəndələri iştirak edib.