Bakıda sürücü və piyadalara qarşı növbəti reyd keçirilib

  • 0
    paylaşım
  • 28

Bakı, Orxan Kərimov, İnteraz, 19 Sentyabr 2018, 09:30

Yol polisi paytaxtın Yasamal rayonunda Nizami metrosunun yaxınlığında reyd keçirib. Reyddə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Yasamal rayon DYPŞ-nin əməkdaşları iştirak ediblər. Keçirilən reydin əsas məqsədi avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərini, dayanma-durma qaydalarını pozanları, həmçinin keçiddən keçməyən piyadaları maarifləndirmək və inzibati məsuliyyətə cəlb etməkdir. Yol Polsinin reyd apardığı müddət ərzində ətraf ərazilərdə hərəkət normal qaydada tənzimləndi, dayanacaqlar taksilərdən təmizləndi, piyadalar isə keçidlərdən istifadə etməyə başladılar.