Bakıda Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi keçirilir

  • 0
    paylaşım
  • 23

Bakı, Orxan Kərimov, İnteraz, 22 Sentyabr 2018, 09:27

Bakıda ilk dəfə olaraq “Caspian Event Organisers” şirkətinin və onun tərəfdaşı ITECA Caspian şirkətinin Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları, eləcə də I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” sərgilərinin açılışı olub. Sentyabrın 20-dənstart götürən sərgidə dünyanın 9 ölkəsindən 26 şirkət iştirak edir. Sərginin açılış mərasimində çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edir. İştirakçılar tərəfindən skanerlər, “Flexi Capture” proqram təminatı, informasiya texnologiyaları, ofis avadanlıqları, nəşriyyat-poliqrafiya xidmətləri, istənilən növ avadanlıq və ləvazimatlar (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və sair), tekstil avadanlıqları, suvenirlər, “POS” və reklam materialları, eləcə də təşviqat məhsulları, peşəkar çap avadanlıqları (ofset, rəqəmsal, çapa qədər, çapdan sonrakı işləmə üçün avadanlıqlar və sair), istehlak malları və bir sıra digər materiallar təqdim olunur.