Murtuz Ələsgərovun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

  • 0
    paylaşım
  • 25

Bakı, Orxan Kərimov, İnteraz, 02 Oktyabr 2018, 15:12

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Milli Məclisi, Yeni Azərbaycan Partiyası və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda olub, görkəmli dövlət xadiminin məzarı önünə əklil qoyublar. Konfransdan əvvəl BDU-nun Hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub. Konfransın plenar iclasında rektor, akademik Abel Məhərrəmov çıxış edib, universitetdə böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, bu günün də ali təhsil ocağının tarixində əlamətdar günlərdən biri olduğunu bildirib. Beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun unudulmaz xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görüldüyünü, onun adına adlı təqaüd təsis edildiyini qeyd edib