Qara Qarayevin ev-muzeyinin açılış mərasimi keçirilib

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 03 Oktyabr 2018, 08:30

Dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, Beynəlxalq Musiqi Günü münasibətilə müxtəlif ölkələrdə rəngarəng tədbirlər keçirilir. Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir.