Badamdarda sürüşmə davam edir

  • 0
    paylaşım
  • 26

Bakı, Orxan Kərimov, İnteraz, 13 Oktyabr 2018, 13:39

Badamdar şosesində baş verən sürüşmə zonası ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qərargah yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, ərazidə aktivlik oktyabr ayının 1-dən başlayıb. Əziz Qaralov qeyd edib ki, ərazinin təsir dairəsi təxminən 11 yaşayış binası və iki obyekti əhatə edir: “Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Su, qaz, işığın verilməsi dayandırılıb. Hazırda aktivlik müşahidə olunur”.