Azərbaycanda peşə təhsilinə maraq artır

  • 0
    paylaşım
  • 13

Mingəçevir, Orxan Kərimov, İnteraz, 23 Oktyabr 2018, 17:16

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib. Məlumat verilib ki, 2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda yerləşən "ASAN xidmət” mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” mərkəzləri də prosesə cəlb olunub. Daha sonra media nümayəndələri mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olublar. Bildirilib ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbə təhsil alır. Daha sonra qonaqlar “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru”, “Elektrik xətlərinin quraşdırılması üzrə mütəxəssis”, “Santexnik-çilingər”, “Tikişçi” ixtisasları üzrə təhsilalanların istehsalat təlimi məşğələlərində iştirak ediblər.