Nazirlik yeni layihəsini - AMAL-ı təqdim etdi

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 30 Oktyabr 2018, 12:45

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini ictimaiyyətə təqdim edib. AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi “AMAL” layihəsi regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.