Azərbaycan nümayəndə heyəti İranda bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti İran parlamentinin vitse-spikeri Məsud Pezeşkianla görüşüb

  • 49

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 13:11

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran İslam Respublikasının sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

İnterAz “İRNA”ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti İranın Xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Azərbaycan nümayəndə heyəti İran parlamentinin vitse-spikeri Məsud Pezeşkianla görüşüb.

Nümayəndə heyətinə Milli Məclisin deputatları, o cümlədən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri daxildir.