Sebastian Kurts: ATƏT zonasında münaqişələrin müharibə yolu ilə həlli mümkün deyil

Münaqişələrin həlli üçün siyasi dialoq vacibdir

  • 81

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 14:35

"ATƏT zonasında münaqişələrin müharibə yolu ilə həlli mümkün deyil".

İnterAz xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında deyib.    

Onun sözlərinə görə, münaqişələrin həlli üçün siyasi dialoq vacibdir: “Avstriya ATƏT-ə sədrliyi ilə bu il KİV azadlığı, dini tolerantlıq, təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsi və digər sahələrdə inkişafın əldə olunmasına səy göstərəcək".

O, ATƏT-ə üzv olan bütün ölkələri bu səyləri dəstəkləməyə çağırıb.