Aydın Mirzəzadə: İranla çox məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür

Azərbaycan İrana qarşı olan təzyiqləri beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə üstünlük verir

  • 24

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 12:25

Millət vəkili Aydın Mirzəzadə İranda keçirilən prezident seçkiləriylə bağlı İnterAz-a öz fikirlərini bildirib.

İranda seçkilər yəqin ki, cox prioritet istiqamətlərdən biri kimi götürüləcək. İranla çox məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Qarşılıqlı surətdə biz bir-birimizin daxili siyasətinə hörmətlə yanaşırıq.

İran Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarını işğalını qəbul etmir. Azərbaycan İrana qarşı olan təzyiqləri beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə üstünlük verir.

Bu baxımdan hər iki ölkənin seçkidən sonra yenidən qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq şəraitində öz münasibətlərində durması üçün bütün zəmin vardır.