MN: Xocavənd-Füzuli istiqamətində təxribat törədən düşmən itki verərək geri çəkilməyə məcbur olub

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Avqust 2017, 20:00

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.