Qoşunlarının təmas xəttində monitorinq keçirilib

Monitorinq insidentsiz başa çatıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 09 Avqust 2017, 13:33

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.