Rusiya-Amerika münasibətlərinin pisləşməsi MDB ölkələrinə pis təsir edəcək - Sergey Markov

Serqey Markov Amerika mətbuatında Rusiya Federasiyasına qarşı olan mənfi münasibətə də aydınlıq gətirib

Moskva, İqbal Rüstəmov, İnteraz - 09 Avqust 2017, 17:06

“Rusiya Federasiyası ilə Amerika Birləşmiş ştatları arasında qarşılıqlı münasibətlərin gərginləşməsi və qarşılıqlı imtiyazların möhkəmləndirilməsi və artırılması MDB ölkələri üçün də durumu sərtləşdirir.”

Bunu İnterAz-ın Moskva müxbirinə açıqlamasında politoloq, Siyasi Araşdırmalar inistitinun rəhbəri, ictimai xadim Sergey Markov deyib.

Onun sözlərinə görə, ABŞ dünyada, Rusiya isə MDB məkanında böyük nüfuza və təsirə malik ölkələrdir.

"İki ölkənin münasibətinin pisləşməsi, əlbəttə ki, öz təsirini nəinki keçmiş sovet ölkələrinə, hətta Avropa Birliyinə də göstərməlidir”, - deyən politoloq ABŞ senatı tərəfindən qəbul olunan imtiyazların əslində Rusiyaya deyil, prezident Donald Trampa yönəldiyini nəzərə çatdırıb.

“Belə səhnə canlanır ki, Amerika, hazırda xarici siyasətdə nə etmək istədyini dəqiq bilmir. Bizə qarşı olan imtiyazlar yeni yaranmağına baxmayaraq, gözlənilməz surətdə Amerika xarici siyasəti tərəfindən artmağa başladı. Bu isə belə anlama gəlir ki, onlar hər şeyi buraxıb getməyə və ya yeni hər hansı müharibəni başlamağa hazırdır. Əsas problem də bundadır - müvazinətini itirmiş Amerika xarici siyasətində”, - deyə Serqey Markov bildirib.

Serqey Markov Amerika mətbuatında Rusiya Federasiyasına qarşı olan mənfi münasibətə də aydınlıq gətirib: “Amerika mətbuatında Rusiyaya qarşı gündə mindən çox məlumat yer almaqdadır. Əslində bu Rusiyaya yox, elə Prezident Trampa yönəlmiş bir siyasətdir. Rusiya Amerikanın düşməni deyil, Amerikadan nə isə alamaq və ya hər hası bir mövqedə qalib gəlmək niyyəti də yoxdur. Amma Amerikanın Rusiyaya qarşı bu cür mövqeyi dünya lideri olan dövlətin sönməsinə dəlalət edir və Amerika inistututları Rusiyanı bunu simptomu kimi qəbul edir.”

Prezidentlər Donald Tramp və Vladimir Putinin Almaniyada keçirilən “G20” sammitində xoş niyyətlərini açqıladıqlarını və qarşılıqlı hörmətlərini bildirdiklərinə baxmayaraq, Siyasi Araşdırmalar inistitinun rəhbəri münasibətlərin yaxşılaşmasını gözləməyin yanlış olduğunu da qeyd edərək, Amerika inistututlarının Rusiya ilə qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına təkan verəcək addımlar atmağa Prezident Donald Trampa imkan verməyəcəklərini qətiyyətlə vurğulayıb.