Həmsədrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı hər şeyi əhatə edən sənəd hazırlayıblar - Amerikalı həmsədr

Əvvəlcə, hər iki tərəfdən təmmas xəttindəki snayperlər çəkilməlidir

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Avqust 2017, 17:23

"Qarabağ münaqişəsinin tərəfləri qarşılıqlı inamı möhkəmləndirmək üçün artıq effektiv tədbirlər görməlidirlər. Yaxın günlərdə bu istiqamətdə müəyyən addımlar atılacaq."

İnterAz-ın “Amerikanın səsi”nə istinadla verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Riçard Hoqland bəyan edib.

“Biz anlayırıq ki, hazırda tam hərbsizləşdirmə çətindir, hərçənd bu yaxşı olardı. Amma biz yeni qarşıdurmaların başvermə ehtimalını azaltmalıyıq. Əvvəlcə hər iki tərəfdən təmmas xəttindəki snayperlər çəkilməlidir, beynəlxalq vasitəçilərin sayı artırılmalıdır və nəzarət mexanizmləri yerləşdirilməlidir.”, - deyə o bildirib.

Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra prezidentlər səviyyəsində də görüş təşkil etmək olar. Həmsədrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı hər şeyi əhatə edən sənəd hazırlayıblar.