İranın davranışı əldə edilmiş nüvə razılaşmasına ziddir - Tramp

İranın davranışı anlaşmanın “ruhu” ilə ziddiyyət təşkil edir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 10:41

 "İranın davranışı əldə edilmiş nüvə razılaşmasına ziddir."

İnterAz-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə əsasən, "İranın davranışı anlaşmanın “ruhu” ilə ziddiyyət təşkil edir".

Qeyd edək ki, İran və beynəlxalq vasitəçilərdən ibarət “Altılıq” arasında tarixi nüvə razılaşması 14 iyul 2015-ci ildə əldə olunub.