Zakir Həsənov Rusiyanın ordu generalının dəvəti ilə Moskvaya səfərə gedib

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 13:16

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.