Mövlud Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyaları təqdir etmir

Türkiyə keçmişdə sanksiyalardan çox əziyyət çəkib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 15:33

"Türkiyə Rusiyaya qarşı sanksiyaları təqdir etmir."

İnterAz-ın “İhlas” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə əsasən, Türkiyə Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən sanksiyaları təsdiq etmir, çünkü bu sanksiyalar ölkə iqtisadiyyatına zərər vurar: "Türkiyə keçmişdə sanksiyalardan çox əziyyət çəkib. Qonşularımıza və tərəfdaşlarımıza (Rusiya) qarşı sanksiyalar bizim iqtisadiyyatımıza çox zərər verib. Bu səbəblə Rusiyaya qarşı sanksiyalara qoşulmadıq və siyasi əməkdaşlığı seçdik."