İranın XİN rəhbəri: ABŞ prezidenti hər zaman nüvə müqaviləsini ləğv etmək barədə düşünür

D.Tramp İranın davranışının əldə edilmiş nüvə razılaşmasına zidd olduğunu bəyan edib

Bakı, , İnteraz - 12 Avqust 2017, 13:39

"ABŞ prezidenti Donald Tramp nüvə sazişini ləğv etmək istəyir, ancaq buna görə məsuliyyəti tək daşımamaq üçün İranı da ittiham edir."

İnterAz-ın “Mehrnews”ə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter” səhifəsində D.Trampın İran əleyhinə sözlərinə cavab olaraq yazıb.

“ABŞ prezidenti hər zaman nüvə müqaviləsini ləğv etmək barədə düşünür. Lakin təkbaşına bu məsuliyyətin altında qalmamaq üçün İranı da günahlandırmağa çalışır. ABŞ-ın bu məsələdə məkrli niyyətinin olduğunu da əlavə etmək istəyirəm.", - Zərif bildirib.

Bundan əvvəl D.Tramp İranın davranışının əldə edilmiş nüvə razılaşmasına zidd olduğunu bəyan edib.