BMT-nin 72-ci sammitində Dağlıq Qarabağa dair iki qətnamə müzakirəyə təqdim ediləcək - politoloq

BMT-nin baş katibi Ermənistan və Azərbaycan Prezidentlərinə təsir etməklə yenidən danışıqlar masasına gətirməlidir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 15:58

BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlara yenidən xatırlatmalıyıq ki, Cənubi Qafqazın iki  dövləti arasında münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycan ərazilərinə iddialarından sonra başlayıb. Azərbaycan əraziləri  1988-ci ildən 1993-ci ilə qədər işğal edilib və o vaxtdan beynəlxalq birlik buna göz yumur.

İnterAz xəbər verir ki, bu barədə SalamNews-a amerikalı ekspert Piter Teys BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərindən danışarkən deyib.

Politoloq bildirib : “Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib. Dünya hələ də buna göz yumur. Ötən 20 il ərzində Ermənistan  BMT TŞ qətnamələrinə, beynəlxalq hüququn qanunlarına əməl etməyib, zorakılığa davam edib. Münaqişə nəticəsində 3 000-dən çox insan öldürülüb, öldürülənlərdən çoxu isə  Azərbaycan əsgərləri və günahsız insanlardır. Bundan əlavə, Azərbaycanın mədəniyyət nümunələri zorakılığa məruz qalıb. BMT-nin 72-ci sammitində Dağlıq Qarabağa dair iki qətnamə müzakirəyə təqdim ediləcək. Ötən illər ərzində günahsız Azərbaycan əhalisi öldürülüb, hücuma məruz qalıb.  BMT münaqişənin həllini və sülhü Cənubi Qafqazda təşviq etməldir”.

Politoloq hesab edir ki, hazırda BMT TŞ-nın qətnamələrinin yerinə yetirilməsi ilə bağlı heç bir mexanizm yoxdur: “ BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet kimi baxmalıdır. BMT-nin baş katibi Ermənistan və Azərbaycan Prezidentlərinə təsir etməklə yenidən danışıqlar masasına gətirməlidir, həmçinin  Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidir".