Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Azərbaycana gəlir

O, sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 17:00

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir. 

Bu barədə İnterAz-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, A. Dunkan sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.