Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

YUNESKO-nun baş direktoru olmaq üçün 30 səs toplamaq lazım idi

Moskva, İqbal Rüstəmov, İnteraz - 10 Oktyabr 2017, 21:06

Azərbaycan hökuməti tərəfindən UNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səsvermədən çəkilmək barədə qərar qəbul edib. 

 

İnterAz-ın Moskva müxbiri xəbər verir ki,  bu barədə Polad Bülbüloğlunun mətbuata açıqlamasında bildirilib.

 

Azərbaycandan başqa Çin, Misir, Fransa da  namizədliyini irəli sürmüşdü. YUNESKO-nun baş direktoru olmaq üçün 30 səs toplamaq lazım idi. Polad Bülbüloğlu müxtəlif ölkələrdə çıxışına baxmayaraq səs toplaya bilmədiyini  və səsvermədən kənarlaşdığını açıqlayıb. 

 

Mətbuata müraciətində o, namizədliyi verildiyi üçün Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.