Soçidə MDB dövlət başçılarının sammiti başlayıb

Sammit prezident Vladimir Putinin sədrliyi ilə keçirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 15:01

Rusiyanın Soçi şəhərində MDB ölkələri dövlət başçılarının sammiti başlayıb.

İnterAz-ın "Kp.ru"ya istinadən verdiyi məlumata görə, sammit prezident Vladimir Putinin sədrliyi ilə keçirilir.

Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edirlər.

Qırğızıstan toplantıda baş nazir səviyyəsində təmsil edilir.