Biz MDB-nin effektivliyini gücləndirəcəyik – Putin

Bunların həyata keçirilməsi ölkələrimiz və xalqlarımız arasında yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 15:47

MDB ölkələrinin dövlət başçıları birliyin səmərəliliyini artırmaq üçün görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacaq, ölkələrin yeni, böyük və qarşılıqlı fayda verən iş layihələrinə başlamaq üçün iqtisadiyyat üzərində diqqəti cəmləyəcək.

İnterAz xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə MDB ölkələri dövlət başçılaının sammitində çıxışı zamanı deyib.

“Sammitin gündəliyi çox zəngindir. MDB daxilində effektivliyi gücləndirməyin başqa yollarını, MDB effektivliyini və strukturunu gücləndirmək üçün nələr ediləcəyi ilə bağlı fikir mübadiləsi aparacağıq. Biz iqtisadi məsələlərə xüsusi diqqət ayıracağıq, ticarət və investisiya əlaqələrini dərinləşdirməyi məqsədə alan addımları, eyni zamanda əmtəə və xidmətin daşınması zamanı mövcud olan maneələri müzakirə edəcəyik”, - Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, yeni, böyük və qarşılıqlı biznes layihələrinə başlamaq üçün imkanlarımız var: “Sammit zamanı humanitar sahədə bir sıra əhəmiyyətli qərarlar qəbul ediləcək. İnanırıq ki, bunların həyata keçirilməsi ölkələrimiz və xalqlarımız arasında yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.”