Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 09:03

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndərib.

İnterAz-ın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".