Zakir Həsənov Tacikistana səfər edib

Zakir Həsənov Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 09:35

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb.

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.