Türkiyə və Azərbaycan arasındakı münasibətlərin kökü keçmişə dayanır - səfir

Bizim iki dövlət və bir millət olmağımıza şərait yaradan ortaq cəhətlərimiz var

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 13:11

Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu daima vurğulayırıq. Ancaq burada bir reallıq da var ki, Azərbaycan və Türkiyə bir-birilərini daha yaxşı tanımalıdırlar. 

İnterAz xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil edilmiş "Türkiyə-Azərbaycan arasında münasibətlər" mövzusuna həsr edilmiş tədbirdə deyib. 

Onun sözlərinə görə, iki ölkə arasındaki münasibətlərin kökü keçmişə dayanır: "Bizim iki dövlət və bir millət olmağımıza şərait yaradan ortaq cəhətlərimiz var. Tariximiz, kökümüz birdir. Bütün bunların daha geniş müstəvidə təqdim edilməsi lazımdır".