Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünə hazırlıq gedir

Görüş il başa çatmamış keçiriləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 14:17

Rusiya prezidenti Vladimir Putinin üçtərəfli görüşdə iştirak etmək üçün İran səfərinə hazırlıq görülür.

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Rusiya, İran və Azərbaycanın üçtərəfli görüşü prinsipcə, planlaşdırılıb”, - Uşakov qeyd edib.

Y.Uşakovun sözlərinə görə, görüş il başa çatmamış keçiriləcək.