Azərbaycan müdafiə nazirinin müavini ABŞ müdafiə nazirinin nümayəndəsi ilə görüşüb

Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 17:10

Oktyabrın 12-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.

İnterAz-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.