Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşü nəzərdə tutulub

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 17:49

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

İnterAz-ın "EAdaily"ə istinadən verdiyi xəbərə görə, səfər 13-14 oktyabr tarixlərində baş tutacaq.

R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Görüşlər zamanı iki ölkə arasındakı  iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, həmçinin aktual beynəlxalq problemlər  və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.