Cenevrədə Əliyev-Sarkisyan görüşü keçiriləcək

Azərbaycan və Ermənistan prezidentləri gələn həftə Cenevrədə görüşəcək

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 12 Oktyabr 2017, 22:51

Bu barədə “Report” Ermənistanın “lragir.am” saytına istinadən xəbər verir. Prezidnetlərin görüşünün olacağı haqda Ermənistan Respublika Partiyasının iclası zamanı deputat Armen Aşotyan məlumat verib. “İclas zamanı biz həm də Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Cenevrədə baş tutacaq görüşünə toxunduq”, - deyə o bildirib.