Cənubi Qafqazdakı həlli uzanan münaqişələrə görə narahatıq - Danimarka parlamentinin sədri

G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Noyabr 2017, 10:54

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) yeni prezidenti Giorgi Tsereteli və Danimarka parlamentinin sədri Pia Kyarsqaard ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər.

İnterAz xəbər verir ki, ATƏT PA-nın sədri kimi ilk ikitərəfli görüşündə G.Tsereteli (Gürcüstan) Danimarka parlamentinin (Folkketeret) sədri Pia Kyarsqaardla görüşərək ATƏT regionundakı problemlər və Danimarkanın PA-ya qatılması məsələlərini nəzərdən keçiriblər.

G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib.

Öz növbəsində, P.Kyarsqaard ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin olmasından, eləcə də Ukraynadakı vəziyyətə görə narahatlığını ifadə edib və G.Tsereteliyə Assambleyanın rəhbəri kimi münaqişələrin həllinə töhfə vermək missiyasında müvəffəqiyyət diləyib.

G.Tsereteli P.Kyarsqaardı ATƏT PA-nın iclaslarında, o cümlədən hər yaz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Büronun toplantısında iştirak etməyə dəvət edib.