Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Onun vəzifəsi regiondakı münaqişələr, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı böhranın sülh yolu ilə həllinə töhfə verməkdir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Noyabr 2017, 14:30

Avropa İttifaqının Gürcüstan və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib.

İnterAz xəbər verir ki, bu vəzifəyə Toivo Klaar təyin edilib. Onun vəzifəsi regiondakı münaqişələr, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı böhranın sülh yolu ilə həllinə töhfə verməkdir. R.Klaar regional əməkdaşlığı da təşviq etməlidir.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.