Braziliyanın xarici əlaqələr naziri Azərbaycana rəsmi səfərə gəlir

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 11:03

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira 15 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaqdır.

Bu barədə ШnterAz-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.