YAP-ın yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilir

Dövlətimizin başçısı mərasimdə nitq söyləyir

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 12:38

Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilir.

İnterAz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edir.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyir.