Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov Azərbaycana səfər edəcək - XİN

Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 14:02

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İnterAz-a bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.