Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib

Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 14:44

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.

İnterAz-ın məlumatına görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb. 

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov

Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.