XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırır

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 09:13

Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bunu İnterAz-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

"Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır", - deyə Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırır.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib.

 

D.Tramp qeyd edib: "Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb".