Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər

Bakı , Nərgiz Quliyeva, İnteraz - 12 Yanvar 2018, 13:45

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

 

 

 

 APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Lavrov və M. Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər.

 

 

 

Qeyd edək ki, Suriya hərbi təyyarələrinin atəşkəs bölgəsi elan edilən İdlibi bombalaması Türkiyənin etirazına səbəb olub. İdlibdə atəşkəsin təminatçısı olan ölkələr Türkiyə, Rusiya və İrandır. İdlibin bombalanması ilə əlaqədar Rusiya və İran səfirləri Türkiyə Xarici İşər Nazirliyinə çağırılıb, onlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilib.