Mariya Zaxarova: "Azərbaycan uğurlu beynəlxalq tədbirlər keçirdiyi üçün ABŞ-ın qara siyahısındadır"

Öz vətəndaşlarına Azərbaycana getməməyi məsləhət görənlər yəqin ki, Azərbaycanda olmayıblar, onun mədəniyyəti, tarixi ilə tanış deyillər

Moskva, İqbal Rüstəmov, İnteraz - 12 Yanvar 2018, 14:56

Azərbaycan uğurlu beynəlxalq tədbirlər keçirdiyi üçün ABŞ-ın qara siyahısındadır.

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Öz vətəndaşlarına Azərbaycana getməməyi məsləhət görənlər yəqin ki, Azərbaycanda olmayıblar, onun mədəniyyəti, tarixi ilə tanış deyillər", - deyə Mariya Zaxarova ABŞ-ın öz vətəndaşlarına Azərbaycana getməməklə bağlı çağırışını şərh edərkən deyib.