Bakıda NATO-nun təlim kursu keçirilir

Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 10:18

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.

 

MN-dən İnterAz-a verilən məlumata görə, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim ediləcək.

 

Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.