Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 10:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

İnterAz xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.