Qulam İsaqzai: BMT Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək

"Ümumilikdə biz Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik"

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 14 Fevral 2018, 11:52

Azərbaycan və BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində gələcək addımları müzakirə edəcəklər.

 

İnterAz xəbər verir ki,  bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai deyib.

 

O qeyd edib ki, əsas məqsəd prioritetlərin müəyyən edilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün atılmalı olan siyasi addımların müzakirəsidir:

 

"Biz hesab edirik ki, bu məqsədlərə nail olmaq Azərbaycan cəmiyyətinə müsbət təsir göstərəcək. Bizim reallaşdırmağı planlaşdırdığımız proqramlar əlilliyi olan şəxslər, qadın və uşaqlar üçün çox vacibdir. Burada söhbət həm şəhər, həm də kənd əhalisindən gedir. Ümumilikdə biz Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik".

 

Rezident-əlaqələndiricinin sözlərinə görə, BMT hazırda Azərbaycanda bir sıra layihələr üzrə işləri davam etdirir: “Hazırda bizim əsas məqsədimiz dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda Azərbaycana dəstək göstərməkdir. Biz bu istiqamətdə işi iki il əvvəl başlamışıq və qarşımızda qoyulan hədəflərə çatmaq üçün 13 il var. Bildiyiniz kimi, proqram 2030-cu ilədək planlaşdırılıb və biz bu istiqamətdə işi davam etdirəcəyik”.