DSK sədrləri üçün müşavirə keçiriləcək

Müşavirə MSK-nın inzibati binasında olacaq

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 14 Fevral 2018, 12:23

Sabah, fevralın 15-də dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçiriləcək.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumata görə, müşavirə MSK-nın inzibati binasında olacaq.

 

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın seçki komissiyalarına aid olan hissədə icrasına həsr olunur.